Kolumbiya millisinin sabiq futbolçusu məhkum edildi

20 Fevral 2019 20:14 (UTC+04:00)

Kolumbiya milli komandasının sabiq futbolçusu Dieqo Osorioya beş il müddətinə ev dustaqlığı alıb.

Buna səbəb 48 yaşlı sabiq müdafiəçinin kokain daşınmasında iştirak etməsidir. Məhkum həmçinin 44 min dollar cərimə ödəyəcək. Osorio 2016-cı ildə Boqotı hava limanında saxlanılıb. Onun üzərindən 1 kq kokain aşkarlanıb.

Veteran futbolçu əvvəllər də narkotiklərlə bağlı cinayətlərdə iştirak edib. O, 2002-ci ildə ABŞ-ın Mayami şəhərində kokain saxladığı və daşıdığı üçün tutulub.

Qeyd edək ki, Dieqo Osorio karyerası ərzində yalnız ölkəsinin klublarında çıxış edib. O, 17 dəfə Kolumbiya yığmasının da formasını geyinib. (report)

AzNews.az