Zakir Həsənov Braziliyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

20 Fevral 2019 20:26 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, eləcə də ikitərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

AzNews.az