Avstraliyada mozaikquyruqlu siçovullar məhv olub - SƏBƏB isə...

20 Fevral 2019 21:22 (UTC+04:00)

Avstraliyada rif mozaikquyruqlu siçovulların (Melomys rubicola) kökü kəsilib.

Ölkə rəsmiləri bildirib ki, bu gəmiricilər artıq "kökü kəsilmək təhlükəsi" kateqoriyasından "ölmüş" kateqoriyasına keçib.

Bu siçovulların kökünün kəsilməsinin əsas səbəbi olaraq isə insanın təbiətə kəskin müdaxiləsi qeyd edilir.

Bundan başqa kəskin iqlim dəyişikliyinin də bu gəmiricilərin nəslinin kəsilməsinə böyük təsiri olduğu bildirilir. (trend)

AzNews.az