Evdən qaçan iki qız parkda qorxunc vəziyyətdə tapıldı - VİDEO

21 Fevral 2019 09:33 (UTC+04:00)

Türkiyənin Kayseri şəhərində evdən qaçan qızlar qorxunc vəziyyətdə tapılıblar.

AzNews.az xəbər verir ki, qızlar ailələrinə intihar edəcəklərini söyləyərək evdən gediblər. B.Ö. və C.D. adlı qızlar parkda biləklərini bıçaqla kəsərkən yaxalanıblar. Qızlar onları bu yoldan çəkindirmək istəyənlərə "gedin! bizim canımız ağrımır", - deyə cavab veriblər.

Sonda gənc qızları razı salan təcili yardım həkimləri onları xəstəxanaya çatdırıblar.

Onların dəhşətli görüntülərini sizə təqdim edirik:

Aynur

AzNews.az