Türkiyədə baş verən zəlzələ təhlükəsizlik kameralarında - VİDEO

21 Fevral 2019 10:48 (UTC+04:00)

Türkiyənin Çanakkale bölgəsində saat 22:23-də 5 bal gücündə zəlzələ baş verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerin 5.95 kilometr dərinliyində meydana gəlib.

Aidiyyatı qurumların apardığı araşdırmanın ilkin nəticələrinə görə ölən yoxdur.

Zəlzələ nəticəsində Ayvacık bölgəsinin bəzi kəndlərindəki köhnə və yaşayış olmayan binalarda çatlar yaranıb.

Zəlzələ səbəbi ilə xəstəxanalara müraciət olunmadığı bildirilir.

Hadisədən qorxan vətəndaşlar ocaq qalayaraq gecəni küçədə keçirib.

Pərvanə Ağazadə

AzNews.az