Erməni deputat idmançını döydü - Cinayət işi açıldı

21 Fevral 2019 12:17 (UTC+04:00)

Ermənistan parlamentindəki “Çarukyan” fraksiyasının üzvü, deputat Eduard Babayan barəsində cinayət işi açılıb.

Bu barədə respublikanın baş prokuroru Arevik Xaçatryan açıqlama yayıb.

Baş prokuror işin məhkəməyə göndərildiyini bildirib. Deputat sağlamlığa qəsdən zərərvermədə ittiham olunur.

Qeyd edək ki, Eduard Babayan idmançı Vyaçeslav Artyunovla mübahisə zəminində ona ağır bədən xəsarəti yetirib.(teleqraf.com)

AzNews.az