Türkiyənin əsas məqsədi
23 Aprel 2013 08:43 (UTC+04:00)
Hazırda Türkiyənin məqsədi sadəcə regional liderə deyil, dünya dövlətinə çevrilməkdir. AzNews.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Ankara öz məqsədinə çatmaq üçün mümkün olan hər şeyi edir və Xarici İşlər Nazirliyinin (XİN) yalnız 1 ay ərzində iş qrafikinə baxsaq, bu məqsədə çatmağın mümkün olduğunu görmək olar.
"Türkiyənin məqsədi, ilk baxışdan qeyri-real görünə bilər, lakin Türkiyənin bu istiqamətdə real vəiyyəti və səylərini, həmçinin XİN-in iş qrafikini və çoxsaylı görüşlərini nəzərə alsaq, aydın olar ki, bu məqsədə nail olmaq mümkündür", - Davudoğlu bildirib.
AzNews.az