Dəniz Baykal əlil arabası ilə Məslicə gəldi

21 Fevral 2019 15:54 (UTC+04:00)

Uzun zamandır keçirdiyi narahatlıq səbəbindən Ankarada müalicə alan CHP Antalya millət vəkili Dəniz Baykal bu gün saat 14.00-da əlil arabası ilə Türkiyə Böyük Millət Məclisinə gəlib. O, toplantının açılışından təxminən 15 dəqiqə öncə salona daxil olub və Kılıçdaroğlu ilə söhbət edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Məclisə gələn Baykal millət vəkili andını içib. Onun and içməsini bütün deputatlar alqışlayıb.

Andiçməni lojadan izləyən Baykalın həyat yoldaşı Olcay Baykal və qızı Aslı Baykal göz yaşları axıdıb.

O, çıxışından sonra özəl minibusa mindirilərək məkandan ayrılıb.

Səidə Vahid

AzNews.az