Qorxunc ölüm - öz evində yandı

21 Fevral 2019 16:55 (UTC+04:00)

Türkiyənin Gaziantep şəhərində 4 uşaq anası ölüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gaziantep şəhərində elektrikli qızdırıcıdan qaynaqlandığı iddia olunan yanğında evin içində qalan 43 yaşlı Zeynep Gürbüz yanaraq həyatını itirib.

Zeynep Gürbüzün 4 uşağı olduğu öyrənilib.

Nigar CƏFƏR

AzNews.az