Tolik Damlanın "intim videosu"ndan danışdı: burada anormal heç nə yoxdur - FOTO

21 Fevral 2019 16:38 (UTC+04:00)

Müğənni Damlaya aid olduğu iddia edilən intim görüntülər yayılıb.

AzNews.az xəbər verir ki, Damlanın meneceri yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini, görüntülərdəki qadının Damla olmadığını bildirsə də qalmaqal böyüyüb.

Məsələyə məşhur prodüser Tolik (Tarix Əliyev) də münasibət bildirib. O, bu cür xəbərləri yayanları nakişi adlandırıb:

"Mən hərdən düşünürəm ki , niyə hər kəs öz həyatı ilə maraqlanmır? Mən aparıcı olduğum üçün bəzən müğənnilər haqqında öz subyektiv və araşdırılan məqamlara toxunuram.

Bu nədir, yenə təzə mövzu meydana gəlib. Damlanın videosu çıxıb? Bax, lap belə çıxıb sizə nə? Qadın kiminlə intim əlaqədə olmalıdır? Kişi ilə. Deməli, burada anormal heç nə yoxdur. Amma videodan bəllidir ki, bu qız Damlaya oxşamır. Guya oxşasa nə olacaq? Gedin, işinizlə məşğul olun. Vallah ayıbdır. Damlanın oğlu məktəbə gedir. İnstagramı var. Sabah niyə görüb utanmalıdır. Allahdan qorxmayan bəzi nakişilər yalnız qadınları belə yolla biabır etmək istəyirlər. Əslində o qədər pis əməlləri olanlar və utanmadan gündəmə gələnlər bir kənarda qalıb, bunlar düşüblər yazıq Damlanın üstünə".

Aynur

AzNews.az