Yaponiyada güclü zəlzələ oldu

21 Fevral 2019 19:00 (UTC+04:00)

Yaponiyanın şimal adası Hokkaydoda 5,7 bal gücündə zəlzələ olub.

Təkanların episentri adanın cənub-qərbində yerləşib. Zəlzələ ocağı 30 kilometr dərinlikdə qeydə alınıb.

Titrəyişlər 4 prefekturada hiss edilib. Xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir. (qafqazinfo)

AzNews.az