Ağdaşda canavarlar sürüyə hücum etdi - FOTOLAR

21 Fevral 2019 19:26 (UTC+04:00)

Ağdaş rayonunda canavarlar sürüyə hücum edib.

Hadisə rayonun Yenicə kəndində baş verib.

Belə ki, kənd sakini Nemət Şirinov ona məxsus qoyun sürüsünü otlaq sahəsində otararkən canavarlar sürüyə hücum edib.

Canavar 3 xırdabuynuzlu heyvanı tələf edib, 3-nü isə yaralayıb. Yaralı heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub. (report)

AzNews.az