Futzal üzrə Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşdı

21 Fevral 2019 20:30 (UTC+04:00)

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Ağatahir Əzimovun baş məşqçisi olduğunu kollektiv yenə Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan millisinin 1:10 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, iki komanda fevralın 19-da da qarşılaşıb. Həmin görüş Türkiyə millisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. (report)

AzNews.az