Ərdoğan: Ankarada yeni kanal tikiləcək

21 Fevral 2019 20:42 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankarada yeni kanal tikiləcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Kanalın uzunluğu 9,2 kilometrə bərabər olacaq.

Qeyd olunur ki, Ankarada kanalın tikintisi 2014-cü ildə planlaşdırılırdı. O zaman tender keçirilsə də, nəticələr şəhər rəhbərliyi tərəfindən ləğv edilmişdi.

Ankara kanalının heç bir kommersiya məqsədi daşımayacağı və yalnız daşqınların və su axınlarının qarşısının alınması üçün tikiləcəyi deyilir. (trend)

AzNews.az