Nigeriyada cinayətkarlar əhaliyə hücum etdi - 60-dan çox ölən var

21 Fevral 2019 21:10 (UTC+04:00)

Nigeriyada yerli sakinlərə hücum edən cinayətkar qruplaşmanın 59 üzvü, dinc əhalidən isə 7 nəfər dünyasını dəyişib.

Hadisə Cancibqa yaşayış məntəqəsində olub. 180 nəfərdən çox qruplaşma üzvü əhaliyə hücum edərək Zamfara ştatında bir neçə nəfəri qətlə yetirib.

Hərbçilərin müdaxiləsindən sonra cinayətkarlarla toqquşma olub. İnsident 4 saatadək davam edib. (qafqazinfo)

AzNews.az