ABŞ və KXDR liderləri arasındakı növbəti görüşün formatı açıqlandı

21 Fevral 2019 21:52 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Vyetnamın Hanoy şəhərindəki görüşü ötən il Sinqapurda keçirilmiş sammitlə format baxımından eyni olacaq.

Bunu Ağ evin yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün telefon brifinqində deyib.

Qeyd olunub ki, 27-28 fevral tarixlərinə nəzərdə tutulan görüş çərçivəsində iki lider həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparacaq, habelə işgüzar naharda təmas qurmaq fürsətindən yararlanacaqlar.

AzNews.az