Türkiyədə 295 hərbçi saxlanıldı

22 Fevral 2019 10:14 (UTC+04:00)

"FETÖ" terror hərəkatı ilə mübarizə çərçivəsində İstanbulda istefada olan 295 hərbçi saxlanılıb.

Saxlanılanların adları açıqlanmayıb.

Qeyd edək ki, son 7 ayda "FETÖ" terror hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə Hərbi Qüvvələri sırasından 1076 hərbçi azad edilib.

Xatırladaq ki, Fətullah Gülən və onun terror hərəkatının tərəfdarları 2016-cı il iyulun 16-da Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunurlar.(trend.az)

AzNews.az