Yeni prezident sabah seçiləcək
23 Aprel 2013 09:55 (UTC+04:00)
AMEA-dan APA-ya verilən məlumata görə, iclası AMEA prezidenti Akif Əlizadə açacaq. Daha sonra AMEA Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyev Akademiyanın ötən ilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edəcək.
İclasda daha sonra AMEA prezidenti vəzifəsinə seçki keçiriləcək. AMEA Rəyasət Heyətinin üzvləri də sabahkı iclasda seçiləcək.
AzNews.az