Ramil Usubov QHT rəhbərinin təklifini gerçəkləşdirdi

22 Fevral 2019 14:21 (UTC+04:00)

Bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov öz feysbuk səhifəsində məlumat verib.

"Daxili İşlər Naziri cənab Ramil Usubovun ünvanına on-line sistem vasitəsi ilə təklif göndərmişdim. Bakı şəhər Dövlət Yol Polisində xidmət almağa (şikayətə və s. səbələrlə) gələn şəxslər üçün qəbul otağının təşkili ilə bağlı. Konstitusiyanın 57-ci maddəsinin verdiyi hüquqdan istifadə edərək nazirə bu orqana bilavasitə müraciət edən şəxslər üçün xüsusi qəbul otağının yaradılması barədə təklif ünvanlamışdım. 06 fevral 2019-cu ildə göndərdiyim müraciətlə bağlı dünən Bakı şəhər DYP-dən mənə zəng edib dedilər ki, təklifim nəzərə alınıb. Məni qəbul otağına baxmağa dəvət etdilər. Yaxın günlərdə mütləq gedib baxacam və əlavə olaraq bu barədə yazacam. Təşəkkür cənab nazir!"

AzNews.az