Türkiyəli müğənni donuz qripinə yoluxdu - nazirdən açıqlama

22 Fevral 2019 15:52 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe donuz qripi olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Twitter hesabında donuz qripinə yaxalandığını və Səhiyyə Nazirliyindən dərman istədiyini bildirib.

Səhiyyə naziri Fahrettin Koca isə buna cavab olaraq “Hörmətli Yıldız xanım ailə həkiminə müraciət edərsə, ordan pulsuz dərman ala bilər” deyib.

Nigar CƏFƏR

AzNews.az