Tramp bu posta namizədini açıqladı

23 Fevral 2019 09:14 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp ölkənin BMTyanında daimi nümayəndəsi postuna Kelli Kraftın namizədliyini irəli sürüb.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, o, bunu "Twitter"də yazıb.

"Mən bizim hazırda Kanadadakı səfirimiz Kelli Nayt Kraftın Birləşmiş Ştatların BMT yanında daimi nümayəndəsi postuna namizəd olduğunu xəbər verməyə şadam", - deyə o yazıb. (Report)