Erməni qadınla birgə narkotik satan kimdir?

23 Fevral 2019 13:47 (UTC+04:00)

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Həsənova Yeganə İkram qızının məhkəməsi başlayır.

AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Y.Həsənovanın məhkəmə prosesinin hazırlıq iclası fevral ayının 26-da hakim Mehriban Qarayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Yeganə Həsənova 2010-cu ildə də analoji əmələ görə həbs edilib. Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini, 1985-ci il təvəllüdlü Yeganə Həsənova şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən 0.37 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan Y. Həsənovanın ətrafında həyata keçirilən araşdırmalar zamanı ona narkotik vasitəni satan, erməni əsilli Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Aynurə Şaumyan qızı Abdullayeva olduğu müəyyən edilib. Adıçəkilən şəxsin evinə baxış keçirən əməliyyatçılar, oradan 34 bükümdə, satış məqsədi ilə hazırlanmış, ümumi çəkisi 2,594 qram heroin, 0.141 qram çəkidə marixuana və 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər.

Azər
AzNews.az