Cibgir qadin həbs olundu

23 Fevral 2019 14:11 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini saxlanılıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 16-da Bakı şəhər sakini A.Əmirovanın çantasından 300 manat pul oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər oğurluq, qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə və saxladığına görə, o cümlədən rəsmi sənədləri, ştampları, möhürləri oğurladığına görə məhkum olunmuş S.Quliyeva saxlanılıb.

AzNews.az