Dağlarda azan turistlərdən ikisi həlak olub - Ukraynada

23 Fevral 2019 16:00 (UTC+04:00)

Ukraynanın İvano-Frankovsk vilayətində Pop İvan-Çernoqorsk dağlarına qalxan 8 turistdən ikisi həlak olub.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, turistlərdən üçü donmuş vəziyyətdə tapılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olub. Digər altı turistə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. (AZƏRTAC)