Messi "Barselona"ya "Sevilya" üzərində səfər qələbəsi qazandırdı

23 Fevral 2019 21:40 (UTC+04:00)

"Report"un məlumatına görə, "Roman Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri oyun ərzində 2 dəfə önə keçsələr də, "Barsa" Lionel Messinin "het-trik"i və məhsuldar ötürməsi sayəsində üstünlüyü öz xeyrinə dəyişib.

Bu qələbə sayəsində "Barselona" xallarını 57-yə çatdıraraq, liderliyini davam etdirib. Ehtiyatda bir oyunu olan "Real Madrid" 47 xalla 2-ci pillədədir. "Sevilya" isə 37 xalla 5-cidir.

İspaniya La Liqası, XXV tur

19:15. Sevilya" - "Barselona" - 2:4

Qollar: Xesus Navas, 22. Qabriel Merkado, 42 - Lionel Messi, 26; 67; 85. Luis Suares, 90+3

AzNews.az