Sürücülərə xəbərdarlıq edildi
23 Aprel 2013 11:37 (UTC+04:00)
Hacıqabul - Bəhrəmtəpə avtomobil yolu bağlanacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yolun 9-cu km-də Kür çayı üzərindəki körpüdə asfalt - beton örtüyünün qoyulması ilə əlaqədar 24.04.2013-cü il tarixindən 27.04.2013-cü il tarixinədək 3 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülər alternativ yol kimi Sabirabad - Surra - Padar avtomobil yolundan istifadə edə bilərlər. Hava şəraiti normal keçərsə, işlərin qeyd olunan vaxtda başa çatdırılması nəzərdə tutulub.
AzNews.az