Rəqsanənin qızını belə görmədiniz: "Özümə maya buraxmışam" - VİDEO

25 Fevral 2019 12:12 (UTC+04:00)

Müğənni Aysun İsmayılova "X maqazin” proqramında qonaq olub.

AzNews.az xəbər verir ki, aparıcı Zümrüd Bədəlovanı makiyaj edən Aysun maraqlı açıqlamalar verib. O, şıltaqlığına görə əziyyət çəkdiyini deyib.

"Özümə bir az maya buraxmışam. Şou biznesin ən gözəl qızıyam. Şıltaqlığıma görə əziyyət çəkirəm. Necəyəmsə, eləyəm. Başqa cür ola bilmərəm. Buna görə də məni qınayırlar. Deyirlər, çox səmimisən, gülürsən. Üzdə özümü sakit, ağıllı göstərsəm, sonra məni tanıyanlar deməyəcək ki, bu, nə afiristlikdir edirsən? Mən beləyəm. Özümü dəyişdirsəm, onda da mənə deyərlər ki, qudurdu. Yaxşı, bəs mən neyləyim?” deyə, Aysun söyləyib.

Aynur

AzNews.az