Azərbaycan neftçilərindən Ukrayna xalqına hədiyyə
23 Aprel 2013 12:30 (UTC+04:00)
Aprelin 25-də ARDNŞ-nın Ukraynadakı nümayəndəliyi tərəfindən salınan Heydər Əliyev adına parkın təntənəli açılışı olacaq. Bu barədə nümayəndəliyin yaydığı məlumatda bildirilib.
Parkın açılışı Ukrayna-Azərbaycan dövlətlərarası münasibətlərinin qurulmasında böyük xidmətlərə malik olan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə uyğunlaşdırılıb.
Parkın açılışında ARDNŞ prezidenti Rövnəq Abdullayev, Ukraynanın Baş nazirinin müavini Konstantin Qrişenko, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, Kiyev şəhər dövlət administrasiyasının rəhbəri Aleksandr Popov, ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, mədəniyyət xadimləri iştirak edəcək.
"Park Azərbaycan neftçilərindən Ukrayna xalqına hədiyyədir və ARDNŞ-in Kiyev bağ-park arxitekturasına sosial sərmayəsidir",- məlumatda bildirilir.
AzNews.az