Türkiyənin tanınmış aktyoru Aytaç Arman 70 yaşında vəfat edib.
Sənətçi müalicə aldığı İstanbul Onkologiya Xəstəxanasında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, A.Arman aktyorluq sənətinə 1971-ci ildə gəlib. O, həmyerlisi Yılmaz Güneyin "Baba" filmində rol almaqla diqqət mərkəzinə düşüb. Bundan sonra yüzlərlə filmə və seriala çəkilib, həmçinin bir çox mükafatlara layiq görülüb. (report)
AzNews.az