5 azərbaycanlı qondarma soyqırım günü mühakimə ediləcək
23 Aprel 2013 14:39 (UTC+04:00)
Aprelin 24-də Yeni GAMOH sədri Lətif Həsənli və Mərkəzi Komitə üzvləri Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə, Şəhram Radmehrin məhkəməsi keçiriləcək. Qondarma erməni soyqırımının qeyd edildiyi gündə keçiriləcək məhkəmə prosesinin qapalı olacağı təxmin edilir. Buna səbəb isə həbs edilən milli fəalların və onların vəkillərinin iştirakı olmadan onlara qarşı iddianın irəli sürülməsidir.
Məlumat üçün bildirək ki, adıçəkilən milli fəallar 2012- ci ilin sonunda həbs edilərək bir müddət ETTELAAT həbsxanasında işgəncə altında saxlanılıb. Daha sonra həbsxanaya köçürülən siyasi məhbusların girov müqabilində azad edilməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən qəbul edilməyib.
Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində hakim Baqirpurpur sədrliyi altında keçiriləcək məhkəmə ailələrin etirazı ilə qarşılanıb.
Elnarə Əlosmanqızı
AzNews.az