Müğənni Elariz Məmmədoğlu Amerikada işlədiyi restorandan qovulduğu haqda deyilənlərə aydınlıq gətirib.
AzNews.az xəbər verir ki, Elariz Məmmədoğlu vəziyyətinin yaxşı olduğunu və hazırda işlədiyini bildirib:
“Mədəni olmaq, aciz olmaq deyil. İşləyirəm. Bütün işlərim də qaydasındadır. Narahatlığa heç bir əsas yoxdur”.
Elariz Məmmədoğlu pərəstişkarları üçün darıxdığını deyib.
Qeyd edək ki, aktyor Səbuhi Xanlarov müğənni Elariz Məmmədoğlunun Amerikada oxuduğu "Kavkazskiy dvorik" restoranından qovulduğunu iddia edib. O, bildirib ki, buna səbəb amerikalıların Elarizin ifalarını başa düşməməsidir.
Qeyd edək ki, müğənni Elariz Məmmədoğlu bir müddət öncə Amerikaya köçüb. O, sosial şəbəkədə Amerikada "Kavkazskiy dvorik" restoranında işə başladığını deyib.
Bahar RÜSTƏMLİ
AzNews.az