Məşhur aktrisa rüşvət verdi

27 Fevral 2019 12:06 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Ezgi Mola idman zalında rüşvət verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa Ezgi Mola sosial şəbəkədə yenə də onu sevənləri güldürməyi bacarıb.

Belə ki, aktrisa arıqlama mərkəzində tərəziyə 100 lirə uzadaraq şəkil çəkib və “Al bunu, çəkimi 5 kilo az göstər” yazıb.

Nigar CƏFƏR

AzNews.az