Türkiyəli müğənni Yalın evlilik haqda danışandan sonra sosial media hesablarından mesajlar gəlməyə başlayıb.
Belə ki, pərəstişkarları Yalını evlilik təklifi yağışına tutub.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yalın "Ailəm yavaş-yavaş bu məsələdə məni sıxışdırmağa başlayıb. Uşaq sahibi olmaq istəyirəm. Hətta istəyirəm 4 qızım olsun ", deyib.
Bu sözlərdən sonra onun sosial media hesablarına durmadan mesajlar gəlməyə başlayıb. Hətta evinə çiçək göndərənlər də olub.
Yalının evinə məktub və çiçək göndərən pərəstişkarları: "Tarkan da həyat yoldaşını fanatlarından tapdı. Mənimlə evlənərsən?", deyə sual veriblər.
Səidə Nurməmmədli
AzNews.az