Xalq artisti Mənsum İbrahimov İran İslam Respublikasında konsert verəcək.
Bu barədə AzNews.az-a xanəndənin özü məlumat verib. Onun sözlərinə görə, fevralın 28-də İranın Tehran şəhərində konfrans keçiriləcək:
“Həmin tədbirə 3 ölkə - Azərbaycan, İran və Əfqanıstanın nümayəndələri qatılacaq. Tədbirdə Azərbaycanı mən və rəhbərlik etdiyim ansambl təmsil edəcək. Konfransdan sonra isə böyük bir konsert proqramı olacaq”.
Bahar RÜSTƏMLİ
AzNews.az