Rusiya Belarusda aviabaza yerləşdirir

23 Aprel 2013 16:27 (UTC+04:00)
Rusiya aviabazalarını Belarusda yerləşdirəcək. Ruslar qırıcılarını bu ildən başlayaraq Belarusa göndərəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə razılıq Rusiya müdafiə naziri Serqey Şoyqunun Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı əldə olunub.

Artıq 2015-ci ilə kimi Belarusda böyük Rusiya avia polku yerləşdirilmiş olacaq.

"Ümid edirik ki, 2015-ci ildə burda yaradılacaq avia polk sərhədlərimizin müdafiəsinə xidmət edəcək",- deyə Serqey Şoyqu bildirib.

Bundan başqa, S. Şoyqu 2014-cü ildə Belarusa "S-300" zenit raketlərinin 4 divizionunun yerləşdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Belarus ordusunda Rusiyanın 2005-2006-cı illərdə satdığı "S-300PS"in 2 divizionu var.

AzNews.az