Damlanın fanatlarına qarşı bu hərəkəti müzakirələrə səbəb oldu - VİDEO

28 Fevral 2019 12:31 (UTC+04:00)

Bu gün televiziyalardan birində qonaq olan müğənni Damlanın maraqlı görüntüləri yayılıb.

AzNews.az xəbər verir ki, verilişdən sonra maşınına əyləşmək üçün televiziyadan ayrılan müğənni bir qrup fanatı ilə üzləşib.

Damla sevərlər onu görmək üçün veriliş bitənə qədər gözləyiblər. Sosial mediada yayılan görüntülərdə Damlanın şlaqbaumun altından keçərək fanatlarına sarılması böyük müzakirələrə səbəb olub. Hər kəs onu bü cür sadəliyinə görə tərifləyib.

Sözügedən görüntüləri sizə təqdim edirik.

Aynur

AzNews.az