Məscid partladıldı: 7 nəfər ölü
23 Aprel 2013 19:09 (UTC+04:00)
İraqda paytaxt Bağdadın cənubunda yerləşən məsciddə terror aktı törədilib.
Terror nəticəsində yeddi nəfər həlak olub, 17 nəfər isə yaralanıb.
Hüquq mühafizə orqanlarının məlumatına görə, hadisə günorta saatlarında baş verib.
Polisdən bildirilib ki, partlayıcı qurğu məscidin girişində yerləşdirilib.
İnsanlar məsciddən çıxan zaman partlayıcı qurğu işə salınıb.
AzNews.az