İsrail Ankaradakı danışıqlardan məmnun qaldı
23 Aprel 2013 19:47 (UTC+04:00)
İsrail "Mavi Mərmərə" qurbanlarına ödəniləcək təzminatla bağlı Türkiyənin rəsmi nümayəndələri ilə Ankarada keçirilən danışıqlardan məmnun qalıb.
"Jerusalem Post" qəzeti Ankaradakı görüşdə tərəflərin qurbanların ailələrinə ödənəcək təzminatın hesablanması üçün xüsusi bir mexanizmin yaradılmasına dair razılıq əldə etdiyini yazır.
Xəbərdə İsrail rəsmisinin açıqlamasına da yer verilir: "İclas səmərəli keçdi. Razılaşma mətni də daxil olmaqla bütün məsələlərdə razılıq əldə etdik. Amma təzminatın məbləğini müzakirə etmədik. Məbləğ barədə razılıq əldə ediləndə hər iki ölkədə tənzimlənəcək. Diplomatik əlaqələrin tamamilə yenidən qurulması ilə bağlı prosesə başlanacaq. Hər iki ölkənin nümayəndə heyəti yaxın günlərdə yenə görüşəcək".
Digər tərəfdən "The Times of İsrail" saytı öldürülən fəalların ailələrinin hər birinin 1 milyon dollar almaq istədiyini iddia edir. İsrail Silahlı Qüvvələrinin radiosu isə, ölkənin hər ailəyə maksimum 150 min dollar ödəməyə hazır olduğunu bildirib.
AzNews.az