ABŞ-da universitetə silahlı hücum – ağır yaralı var

1 Mart 2019 11:23 (UTC+04:00)

ABŞ-ın Yuta ştatında yerləşən “Utah Valley” universitetinə silahlı hücum edilib.

AzNews.az xəbər verir ki, hücum nəticəsində bir nəfər ağır yaralanıb.

Yaralının vəziyyətinin kritik olduğu deyilir. Hücumdan sonra silahlı şəxs hadisə yerindən qaçıb.

Polis ərazidə yaşayanlara evdən çıxmamaları barədə xəbərdarlıq edib.

Hücum edən şəxsi tutmaq mümkün olmayıb.

Polis geniş əməliyyata başlayıb.

Pərvanə Ağazadə

AzNews.az