Sədr müavinindən ermənipərəst çıxış
23 Aprel 2013 21:28 (UTC+04:00)
İran İslam Respublikasının parlament sədrinin müavini Məhəmmədhəsən Əbuturabi İranda "Hay dat" mərkəzinin ofisində təşkil olunmuş tədbirdə çıxış edib. Lent.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Əbuturabi deyib : "Bu gün suriyalıların qanına əli bulaşanların bir zaman ermənilərin qanına əlini bulaşıb".
İranda erməni dilində nəşr olunan "Alik" qəzeti bildirib ki, bu tədbirdə vitse-spiker "erməni soyqırımı" ifadəsini işlədib.
AzNews.az