Bakıda insanları aldadan qadın ələ keçdi

1 Mart 2019 14:30 (UTC+04:00)

Dələduzluq etdiyinə görə tutulmuş M.Əliyevanın ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, onun ötən ilin fevral ayından sentyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri D.Babayevanı, A.Əbdürrəhmanovanı, Y.Xəlilovu və R.Xudaverdiyevanı aldadıb onlardan qızıl-zinət əşyaları alması da müəyyən edilib.(modern.az)

AzNews.az