“Mançester Yunayted” on illik futbolçusunu göndərir

1 Mart 2019 16:28 (UTC+04:00)

İngiltərənin "Mançester Yunayted" klubunun fubolçusu Antonio Valensiya mövsümün sonunda komandadan ayrılacaq.

"Mirror" xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 29-cu turunda qarşılaşacaqları "Sautgempton"la matçdan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.

O, 34 yaşlı oyunçunun zədəsini tam bərpa etmədiyini, lakin klubda və İngiltərədə möhtəşəm karyeraya imza atdığını vurğulayıb: "Klubun və Valensiyanın növbəti mövsüm üçün müqavilə barədə razılığa gələcəklərinə əmin deyiləm".

Qeyd edək ki, Antonio Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir. Müqavilədə yer alan bəndə əsasən, klub onunla sözləşməni martın 1-dək yeniləyə bilərdi.(report.az)

AzNews.az