Beren Kənandan boşanmaq istəyir - YENİ İDDİA

1 Mart 2019 22:10 (UTC+04:00)

Türkiyənin məşhur cütlüyü - müğənni Kənan Doğulu və aktrisa Beren Saatın boşanacağı ilə bağlı yeni iddialar ortaya atılıb.

İddia “Kanal D”də yayımlanan “2-ci səhifə” verilişində səsləndirilib.

Verilişdə cütlüyün boşanma mərhələsində olduğu bildirilib. Kənanın evliliyini xilas etməyə çalışdığı, Berenin isə ayrılmaq istədiyi qeyd edilib.

Xatırladaq ki, cütlüyün ayrılacağı ilə bağlı ötən ilin iyulunda da xəbərlər yayılmışdı.

Qeyd edək ki, 2012-ci ildən birlikdə olan Kənan və Beren 2014-cü ildə ailə qurub. (qafqazinfo)

AzNews.az