Zurabişvili Ermənistana gedəcək

1 Mart 2019 22:57 (UTC+04:00)

Gürcüstan prezidenti Salome Zurabişvili martın ortalarında Ermənistana rəsmi səfər edəcək.

Bu barədə "news.am" saytı məlumat yayıb.

Qeyd edək ki, S.Zurabişvili regionda ilk səfərini Azərbaycana edib. O, səfər zamanı Gürcüstan-Azərbaycan əməkdaşlığına dair bir-sıra açıqlamalar verib.

AzNews.az