Sərxoş kişi kanala yıxıldı

1 Mart 2019 23:27 (UTC+04:00)

Ağstafada kişi kanala yıxılaraq xəsarət alıb.

Rayon sakini Orucov Əziz Fəxrəddin oğlu içində su axmayan kanala yıxılaraq xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Ə. Orucov sərxoş olduğu üçün müvazinətini itirərək kanala yıxılıb. (qafqazinfo)

AzNews.az