Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik - Eldar Əzizov

2 Mart 2019 11:38 (UTC+04:00)

"Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik. Amma Azərbaycan rəhbərliyi təhlükəsizliyə nail oldu. Buna görə sevinməyə dəyər".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda sosialyönümlü siyasət reallaşır, addım-addım hər şeyə nail olunur: "Mən dünən Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində görüş keçirdim. Orda hamı birmənalı prezidentin siyasətini dəstəkləyir. Dərin düşüncəli adamlar bunu başa düşür. Ölkədə qiymətləri tənzimləmə siyasəti həyata keçirilir. Bu birbaşa prezidentin tapşırığıdır. Gördüyünüz kimi, mütəmadi yarmarkalar təşkil edilir ki, sakinlərdə seçim imkanı olsun. Bu proses davam etdiriləcək". (Report)