Mehman Hüseynov azadlığa buraxıldı

2 Mart 2019 11:44 (UTC+04:00)

Həbsdə olan bloqqer Mehman Hüseynov azadlığa buraxılıb.

Onun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası bu gün başa çatıb.

Bloqqer saxlandığı Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 2-dən həbsdə idi. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. (Report)