Ucarda üç nəfər intihara cəhd edib

2 Mart 2019 14:38 (UTC+04:00)

Hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Hələlik kimlikləri məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyiblər.

Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)

AzNews.az