Bu barədə şəhər rəhbərliyi məlumat verib.
Abidə İkinci Dünya müharibəsi zamanı öldürülən yəhudilərin xatirəsinə qoyulmuşdu.
Qeyd edək ki, fevralın 19-da Alzas regionunda yəhudi qəbiristanlığında 80-ə yaxın qəbir dağıdılmışdı. Həmin gün ölkədə antisemitizm əleyhinə keçirilən kütləvi nümayişə Prezident Emmanuel Makron, Senatın sədri Jerar Larşe, Milli Assambleyanın sədri Rişar Ferran da qatılmışdılar.
Yerli mətbuat 2018-ci ildə Fransada antisemitizm aktlarının artdığını bildirir.(AZƏRTAC)
AzNews.az