Los-Ancelesdə Devid Bekhemə heykəl qoyuldu - FOTOLAR

3 Mart 2019 10:09 (UTC+04:00)

MLS-də çıxış edən "Los-Anceles Qelaksi" komandanın sabiq futbolçusu Devid Bekhemə qoyulan heykəlin açılışını edib.

Təntənəli mərasim yeni müntəzəm çempionat öncəsi ev oyunlarının keçirildiyi "Stabhab Senter" arenası yaxınlığında keçirilib.

Bildirilir ki, Bekhem MLS tarixində heykəl qoyulan ilk futbolçu olub.

İngilis futbolçu "Los-Anceles Qelaksi"də 2007-2012-ci illərdə çıxış edib. Onun aktivində 124 oyuna 20 qol və 42 məhsuldar ötürmə var. O, Kaliforniya klubunun heyətində iki dəfə MLS çempionu olub.(report.az)

AzNews.az